- Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində xeyriyyə konserti keçiriləcək

Martın 10-da Beynəlxalq Muğam Mərkəzinin “Vokal musiqisi axşamları” layihəsi çərçivəsində Əməkdar artist Afaq Abbasova və pianoçu Səidə Tağızadənin konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, layihədən əldə edilən vəsait “YAŞAT” Fonduna köçürüləcək.

Qeyd edək ki, BMM-nin “Vokal musiqisi axşamları”, ” Muğam axşamları”, “Aşıq musiqisi axşamları” və sair layihələri musiqi irsimizin təbliğinə xidmət edir.