2020-ci il avqustun 4-də Livanın paytaxtı Beyrut limanında baş verən partlayışa görə məsuliyyət daşıyanlar cəzalandırılacaq.
APA xəbər verir ki, bunu Livan prezidenti Cozef Aun deyib.
O bildirib ki, həqiqət tam müstəvidə araşdırılacaq və vəzifəsindən asılı olmayaraq faciəyə görən məsuliyyət daşıyanların hamısı öz layiqli cəzalarını alacaqlar.
Xatırladaq ki, Beyrut limanında baş verən partlayış nəticəsində 220-dən çox insan ölmüş, yaralı sayı isə 6500-ü keçmişdi.
Hadisənin üzərində beş il keçsə də, hələlik heç kim mühakimə olunmayıb.