- Mədəniyyət

Bir qrup musiqişünas və bəstəkarla yaradıcı görüş

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin bir qrup musiqişünas və bəstəkarla yaradıcı görüşü keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə gələcək layihələr, qarşıda duran hədəflər, mövcud problemlər geniş müzakirə olunub.

Elnur Əliyev çıxışında, nazirliyin təkliflərə açıq olduğunu, birgə əməkdaşlığın səmərəli olacağını xüsusi qeyd edib.

Onu da qeyd edək ki, bu kimi görüşlərin davamı nəzərdə tutulur.