Avqust Strindberq
Əşyalarla dolu sonuncu furqon da yola salındı. Şlyapasına matəm lenti taxılmış cavan kişi xeylağı bir daha otaqda dolaşdı: bəlkə nə isə yaddan çıxıb deyə. Amma yox, hər şeyi, bütün əşyaları göndərmişdi. Yaşananlar barədə daha heç nə düşünməməkdən ötrü o, artırmaya çıxdı. Bu nədir belə?
Artırmanın divarına, telefonun qoyulduğu yerin üstünə cürbəcür yazılar yazılmış bir vərəq kağız vurulmuşdu: qeydlərin bir qismi səliqə ilə və mürəkkəblə, əsl cızmaqaranı xatırladan qalanları isə adi və qırmızı qələmlə yazılmışdı. Bir göz qırpımında ötən bu iki il ərzində yaşanan olaylar burada ?ks olunmusdu. İndi onun unutmağa çalışdığı şeylərin hamısı burada yaz?l?yd?.. Bu əl boyda kağıza hopmuşdu insan ömrünün bir parçası.
O, kağızı dartıb qopartdı. Zamanın təsiriylə saralıb-solmuş adi dəftər vərəqiydi bu. Vərəqi qonaq otağındakı kaşıyla üzlənmiş sobanın çıxıntılı qisminə qoydu, önə sarı əyilib, onu oxumağa başladı.
Lap üst sətirdə sevdiyi qadının adı vardı: Alisa — həyat? boyu eşidib-bildiyi ən gözəl ad idi bu. Önündə nömrə — 15 — 11. Bu rəqəmlər kilsədə ayin öncəsi divara vurulan psalm (= «Zəbur» surəsi — A.Y.) nömrəsini xatırladırdı bir az.
Sonra «bank” sözu yazılmışdı. Bu, onun iş yeriydi, çörək ağacıydı. Orada çalışmaqla o, çörəkpulu qazanır, evini, arvadını saxlayırdı. Amma indi bütün bunlar bir xəyala dönmüşdü!
Bank iflasa uğradığından bir müddət ora-bura ayaq döymüş, ən sonda başqa bir bankda iş tapmışdı.
Hər şey beləc? başlamışdı. Çiçək mağazası və faytonçu. Həmin gün nişan taxılmışdı, cibində bir xeyli pulu vardı onda. Sonrakı qeyd: mebelçi və üzlükçü. Art?q o, ailəsi üçün isti yuva qururdu. Daşımaçılıq şirkəti: onlar yeni evə köçürlər.
Operanın kassası — 50 — 50. Yenicə evlənmisdilər və hər bazar günü opera tamaşalarına gedirdilər. Rampanın o biri üzündəki nağılvarı dünyanın gözəlliyini, harmoniyasını heyranlıqla, səssizcə seyr edirdilər.
Sonra bir kişi adı yazılıb. Üstündən xətt çəkilib. Dostu. Toplumda üstün mövqeyə yüksələn bu şəxs sonradan hər şeyini itirmişdi. Bu çəkilməz dərd üzündən dostu qurb?t ell?r? üz tutmuşdu. Hər şey necə də dəngəsizmiş!
Budur, ərlə arvadın həyatında yeni nə isə peyda olur.
Qələmlə, həm də qadın xəttiylə yazılıb: «Xanım».
Bu hansı xanımdır belə? Hə, bu, o gen paltolu, adamı işvəli baxışlarla süzən qadındır. Həmişə səssizcə evə daxil olan bu xan?m heç vaxt qonaq otağına girməz, dəhlizdən birbaşa yataq otağına yönələrdi.
Onun adının altında yazılıb: «Həkim L.»
Bu isə doğmalar barədə qeydlərdir. Oradakı «Ana» kəlməsi onun qaynanası il? bağlıdır. O günə qədər cavanların əl-ayağına dolaşmamağa çalışan bu qadın çətin məqamda ondan kömək umulduğunu görüb, böyük sevinc içində cavanların dadına yetişmişdi.
Bir az aşağıda isə qələmlə yazılan qara-qura qeydlər başlayırdı. İşədüzəltmə idarəsi: qaravaş işdən çıxıb, yenisi lazımdır. Aptek. Hə-ə, qara buludlar sıxlaşır. Süd ferması. Orada pasterizə olunmuş süd sifariş edirdilər.
Göysatan, qəssab və sair. Ev təsərrüfatını artıq telefonla idarə edirlər: evdə sahibə yoxdur. Yox, əslində qadın evdədir, sadəcə yataq əsiridir.
Daha sonra baş verənləri oxumaq iqtidarında deyil o. Gözlərinin önü qaralır, bu zaman dənizdə boğulan və qalın su qatının arxasını görməyə çalışan birisinə bənzəyir o.
Daha bir qeyd: dəfn bürosu. Burada anlaşılmayacaq heç n? yoxdur. «Böyük» və «kiçik» kəlmələri is? tabut ölçülərinə işarədir. Mötərizədə yazılıb: «Torpaqdan yarandıq, torpağa da qayıdacağıq». Başqa heç bir qeyd yoxdur! Torpağa qayıdacağıq və hər şey beləcə bitəcək. Elə belə də olmuşdu.
Əlinə aldığı bu saralmış kağızı dodaqlarına aparandan sonra pencəyinin cibinə qoydu. Ötən dəqiqələr ərzində o, ömrünün tam iki ilini xatırlamışdı.
Qapıdan çıxarkən o, daha qamətini əymirdi. Başını dik tutaraq, həm də şəstlə irəliləyirdi: axı, həyatda ona ?n az?ndan xoşbəxtliyi dadmaq nəsib olmuşdu. Halbuki dünyada əsl xoşbəxtlikdən həmişəlik xəbərsiz, gör, nə qədər insan var!
Tərcümə: Azad Yaşar
kayzen.az