Rusiya Ukrayna ilə sərhədə daha çox qoşun cəmləyir və işğal istənilən vaxt başlaya bilər.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva Pekin Qış Olimpiya Oyunlarının bitməsini gözləmədən, ehtimal ki, fevralın sonunadək Ukraynanın işğalına başlaya bilər.
“Biz Ukrayna sərhədinə yeni qüvvələrin gəlməsi də daxil olmaqla, Rusiya eskalasiyasının narahatedici əlamətlərini görürük”, – Blinken vurğulayıb.
Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən özəl bir şirkət Rusiyanın Ukrayna ilə sərhədə yaxın bir neçə yerə yeni hərbi qüvvələr cəmləməsini göstərən peyk görüntülərini paylaşıb.