Taxıl müqaviləsinə xitam verildikdən sonra Qərb ölkələri Ukraynadan dünya bazarlarına ərzaq ixracı variantlarını araşdırır.
“Report” xəbər verir ki, bu barədə cümə günü Aspen İnstitutunun illik təhlükəsizlik forumunda ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
“Biz müttəfiqlərlə, tərəfdaşlarla işləyirik. Variantları tapmaq üçün Ukrayna ilə də işləyirik. Amma qeyd etməliyəm ki, taxıl müqaviləsinin başa çatması ilə itirdiyimiz həcmləri (ərzaq tədarükü) başqa marşrutlar hesabına kompensasiya etmək mümkün olmayacaq”, – deyə Blinken vurğulayıb.
Eyni zamanda, o, müqaviləyə xitam verildikdən sonra gəmilərin sığortalanması ilə bağlı çətinlikləri də qeyd edib.