- Cəmiyyət

Blinken Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken dekabr 12-də Türkiyəyə rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər dekabrın 13-dək davam edəcək. Nazirlik səfərin təfərrüatlarını açıqlamayıb.

Türkiyə mətbuatı bildirib ki, Blinken bu ölkənin xarici işlər naziri Hakan Fidanla görüşəcək. Görüşün gündəliyinin əsas məsələsi Suriyadakı son hadisələr olacağı gözlənilir.