ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı gözlənilir.
APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Ficiyə səfəri çərçivəsində burada keçirdiyi mətbuat konfransında deyib.
Blinken bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışacağını deyib və əlavə edib ki, Rusiya Ukraynaya müdaxilə edərsə, Vaşinqton və onun müttəfiqləri tezliklə ciddi iqtisadi sanksiyalar tətbiq edəcəklər.
Blinken bildirib ki, əgər Rusiya Ukrayna böhranının diplomatik yolla həllində həqiqətən maraqlıdırsa, Vaşinqton öz rolunu oynamağa hazırdır.