Ticarət əlaqələrinin pozulması və maliyyə sistemindəki problemlər səbəbindən ÜDM-in azalması gələn ilin ortalarında Əfqanıstanda yoxsulluq səviyyəsini 97%-ə çatdıra bilər.
TASS agentliyi xəbər verir ki, bu barədə BMT-nin İnkişaf proqramı hesabatında deyilir.
Beynəlxalq təşkilatın mütəxəssisləri hadisələrin 4 ssenari üzrə inkişaf edə biləcəyini təxmin edirlər. Bu ssenarilərə görə ölkənin ÜDM-i 3,6%-dən 13,2%-dək azala bilər.
ÜDM-in 13,2 azalması yoxsulluq səviyyəsinin (2020-ci ilin göstəricisi ilə müqayisədə) 25 faiz bəndi artaraq 97%-ə çatmasına səbəb ola bilər. Ən yaxşı halda isə yoxsulluq səviyyəsi 7 faiz bəndi artaraq 79%-ə çata bilər. (report)