- Cəmiyyət, Manşet

BMT BA-da Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə qəbul edilib

BMT Baş Assambleyasında Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı Fövqəladə Xüsusi Sessiyası keçirilib və Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə qəbul edilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Frensisin sədrliyi ilə baş tutmuş sessiyada İsrail və HƏMAS arasında iki aydır davam edən qarşıdurmada “dərhal humanitar atəşkəs” tələb edən qətnamə layihəsi səsə qoyulub.

Misirin irəli sürdüyü və Azərbaycanla Türkiyə də daxil olmaqla təxminən 100 ölkənin birgə təqdim etdiyi Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnaməni qəbul edib. Sənədin lehinə 153, əleyhinə 10 ölkə səs verib. 23 dövlət isə bitərəf qalıb.