- Cəmiyyət

BMT-nin baş katibi Qvineya prezidentinin dərhal sərbəst buraxılmasını tələb edib

BMT-nin baş katibi Antonio Quterreş Qvineyada hakimiyyətin ələ keçirilməsini pisləyib və bu ölkənin prezidenti Alfa Kondenin dərhal sərbəst buraxılmasını tələb edib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibinin “Twitter”də yerləşdirilən bəyanatında deyilir.