BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağında ölən əməkdaşlarının sayı 132 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.
“Oktyabrın 7-dən indiyədək UNRWA-nın ümumilikdə 132 əməkdaşı öldürülüb”, – agentliyin hesabatında deyilir.
Hesabatda həmçinin bildirilir ki, 1 milyondan çox məcburi köçkün UNRWA-nın Xan Yunis və Rəfah rayonlarındakı 98 obyektinə sığınıb.