- Cəmiyyət

BMT Qəzzada 142 əməkdaşının həlak olduğunu bildirib

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi Qəzza zolağında 142 əməkdaşının həlak olduğunu bildirib.

“Report” xəbər verir ki, müvafiq bəyanat qurumun X sosial şəbəkəsində yerləşdirilib.

“Ehtiyacı olan insanlara yardım göstərmək üçün bölmələrimiz mümkün olmayan işləri görür. Qəzzadakı agentlik həmkarlarının əksəriyyəti ailələri ilə birlikdə vəfat edib. Biz 142 nəfərin ölümünə yas tuturuq”, – bəyanatda vurğulanıb.