Qəzza zolağının cənubundakı Rəfah şəhərinin sakinlərinin demək olar ki, yarısı İsrailin may ayında hərbi əməliyyatlara başlaması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
APA xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini “X” səhifəsində məlumat verib.
“İsrail qüvvələrinin mayın 6-da bölgədə hərbi əməliyyatlara başlamasından sonra Rafahın 800.000 əhalisinin təxminən yarısı yenidən qaçmağa məcbur olub”, – Lazzarini qeyd edib.