BMT Təhlükəsizlik Şurası cümə günü, martın 8-də Ukrayna məsələlərinə dair iclas keçirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxaq təşkilatın mətbuat xidməti məlumat yayıb.
Qurumun iş qrafikində dəyişiklik edilməsi barədə bildirişdə qeyd olunan iclas Bakı vaxtı ilə saat 00:00-a təyin edilib. Görüşün mövzusu “sülhün və təhlükəsizliyin qorunması” olub.
Təşkilatdakı diplomatik mənbənin TASS-a verdiyi məlumata görə, görüş Rusiya Silahlı Qüvvələrinin Odessaya endirdiyi zərbə ilə əlaqədar Ekvador, Böyük Britaniya və Fransanın dəstəyi ilə Ukraynanın müraciəti əsasında təyin edilib.