44 günlük Vətən müharibəsi dövründə müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub edərək ələ keçirilən hərbi qənimətlərin toplandığı parka getmək üçün istifadə ediləcək marşrut xətləri müəyyən edilib.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, parka getmək üçün vətəndaşlar metronun 28 May stansiyasının qarşısından 21, 32, 46 və 175 nömrəli marşrutlara minərək hərbi qənimətlər parkına gedə bilərlər.