Boliviya hökuməti Qəzza zolağındakı hərəkətlərinə görə İsraillə diplomatik münasibətləri kəsir.
“Report” xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin xarici işlər nazirinin müavini Freddi Mamani bildirib.
“Boliviya İsraillə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, – o, Bolivia TV-də yayımlanmış mətbuat konfransında deyib.