Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə Bolşoy Teatrın 250 illik yubileyinin keçirilməsi haqqında fərman imzalayıb.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, sənədə əsasən, 2022-2026-cı illərdə Rusiya Dövlət Akademik Bolşoy Teatrının 250 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi qərara alınıb.
Qeyd edək ki, teatrın əsası 1776-cı ildə qoyulub. Sənət ocağı imperatriça II Yekaterinanın göstərişi əsasında yaradılıb. 1918-ci ildən teatra akademik statusu verilib.
2020-ci ilin martında koronavirus pandemiyasının yaratdığı karantin fonunda Bolşoy Teatrın rəsmi yutub kanalında “qızıl fond”da saxlanılan tamaşaların onlayn yayımına başlanılıb. Həmin ilin sentyabrında sənət ocağı yutub kanalı tərəfindən “Gümüş düymə” ilə mükafatlandırılan ilk rus teatrı olub.