İngiltərənin baş naziri Boris Conson yeni yaradılan Avropa Superliqası ilə bağlı narazılığını növbəti dəfə dilə gətirib.
Apasport.az saytının məlumatına görə, o, sərt addımlar atacaqlarını söyləyib.
Conson Superliqaya qatılmaq istəyən İngiltərə klublarına qarşı qanun qəbul edəcəklərini bildirib: “Qəbul olunacaq bu qanunla vəziyyətin qarşısını alacağıq. İngiltərədə Superliqa oyununun keçirilməsinə qadağa qoyulacaq”.