- Cəmiyyət, Manşet

Böyük Britaniya Putin və Lavrovun qızlarına sanksiyalar tətbiq edib

Britaniya Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun qızlarına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
Putinin qızları olan Yekaterina Tixonova və Mariy Vorontsova, həmçinin Lavrovun qızı Yekaterina Vinokurovanın aktivləri dondurulur, ölkəyə girişləri qadağan edilir.