- Cəmiyyət

Böyük Britaniya Rusiyanın 386 deputatına qarşı sanksiya tətbiq edib

Böyük Britaniya Rusiya Dövlət Dumasının 386 deputatına sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya hökuməti açıqlayıb.

Bildirilib ki, buna səbəb həmin şəxslərin Rusiyanın Ukraynada yaratdığı qondarma respublikaların tanınmasının lehinə səs verməsidir.

Sanksiyaya məruz qalan deputatların Böyük Britaniyaya girişi yasaqlanacaq və onların ölkədəki aktivləri dondurulacaq.