Böyük Britaniya hökuməti Rusiyanın “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına daxil edəcək.
“Report”un məlumatına görə, bu barədə krallığın daxili işlər naziri Suella Braverman məlumat verib.
Nazirin sözlərinə görə, “vaqnerçilər” terrorçudur və terror təşkilatı siyahısına salınması haqqında fərman bu faktı Böyük Britaniya qanunvericiliyində təsbit edəcək.
Braverman həmçinin bildirib ki, “vaqnerçilər”in Ukrayna və Afrikadakı fəaliyyəti qlobal təhlükəsizliyə təhdid yaradır. Nazirin verəcəyi fərman tezliklə parlamentə təqdim edilməlidir.
Əgər qanun qüvvəyə minərsə “Vaqner” özəl hərbi şirkətinə hər cür dəstək və ictimaiyyət tərəfindən bəyənilmək cinayət sayılacaq. Bu cür cinayətlərə görə maksimum cəza 14 il həbsdir.
Böyük Britaniyada müəyyən şəraitdə terror qruplaşmasının simvollarını geyməyə və ya onun nümayişinə görə 5 min funt-sterlinqə qədər (6,3 min ABŞ dolları – Qeyd) cərimə və ya altı aya qədər həbs cəzası nəzərdə tutulub. Belə bir təşkilatın hər hansı əmlakı ölkədə aşkar edilərsə, müsadirə edilməlidir.