Böyük Britaniyada Baş nazir Boris Consonun sədrliyi ilə hökumətin fövqəladə iclası çağırılıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, toplantı Ukrayna ətrafındakı durumla bağlıdır.
Bildirilib ki, tədbirdə Böyük Britaniyanın Baş Qərargah rəisi Toni Radakin, müdafiə naziri Ben Uolles, xarici işlər naziri Liz Trass, xarici ticarət naziri Anne-Mari Trevelyan və başqaları iştirak edirlər.