- Cəmiyyət, Manşet

Böyük Britaniyanın xarici işlər naziri hesab edir ki, rus oliqarxlarına qarşı sanksiyalar heç vaxt ləğv edilməyəcək

Qərb Soyuq Müharibədən bəri Rusiyanı cilovlamaq üçün kifayət qədər iş görmədiyindən ibrət götürməlidir.

Britaniyanın xarici işlər naziri Liz Trass hesab edir ki, rus oliqarxlarına qarşı tətbiq edilən sanksiyalar heç vaxt ləğv edilməyəcək.

O, bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib.

“Bu, son dərəcə çətindir. Bu oliqarxlar Vladimir Putinə etdiyi işləri görməyə icazə veriblər. Onun əlləri qana batıb”, – Trass deyir.

O, həmçinin rusiyalı oliqarx və “Çelsi”nin sahibi Roman Abramoviçin Böyük Britaniyaya qayıda bilməyəcəyinə inanır. “Mən bu vəziyyəti görmürəm” deyə Trass əlavə edib.