- Cəmiyyət, Manşet

Brayza: “Azərbaycanın Qarabağda apardığı əməliyyat ümumilikdə hərbi əməliyyatların mahiyyətini dəyişdirib”

“Bu muzey mənə xatırladır ki, Azərbaycanın apardığı hərbi əməliyyat necə diqqət çəkicidir. Burdan görünür ki, Azərbaycan necə qətiyyətli, sürətli və minimum mülki itkiyə səbəb olan hərbi əməliyyatlar həyata keçirib”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı deyib.
Brayza qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi əməliyyatlar ümumilikdə hərbi əməliyyatların bütün mahiyyətini dəyişdirib.