“Bu muzey mənə xatırladır ki, Azərbaycanın apardığı hərbi əməliyyat necə diqqət çəkicidir. Burdan görünür ki, Azərbaycan necə qətiyyətli, sürətli və minimum mülki itkiyə səbəb olan hərbi əməliyyatlar həyata keçirib”.
APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı deyib.
Brayza qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi əməliyyatlar ümumilikdə hərbi əməliyyatların bütün mahiyyətini dəyişdirib.