Braziliyanın Espirito Santo əyalətinin şimalındakı İbirasu şəhərində nəhəng Budda heykəli ucaldılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu, Braziliyadakı ən böyük Budda heykəlidir. Abidənin hündürlüyü 35 m-dir.
Zen Buddist monastırında qoyulan abidənin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Bu ilin aprel ayında dəmir-betondan hazırlanmış 350 tonluq heykəlin açılışı olmalı idi, lakin tədbir koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.
Hər həftə sonu heykələ tamaşa etməyə təxminən 4 min adam gəlir. .