- Mədəniyyət

Braziliyalı rəssam Eduardo Kats məşhur əsərini kosmosa göndərəcək

Braziliyalı rəssam Eduardo Kats 1986-cı ildən bu günə qədər çalışdığı “Aqora” (Ágora) adlı əsərini kosmosa göndərmək niyyətində olduğunu elan edib. O, “Ulduz yolu” elmi-fantastik serialının yaradıcısı Cin Roddenberri və ABŞ prezidentləri Corc Vaşinqton, Con Kennedi və Duayt D. Eyzenhauerin DNT-sinin qalıqları ilə birlikdə Aya göndəriləcək.

AZƏRTAC “artınvestment” saytına istinadla xəbər verir ki, hologramların yaradılması texnikaları ilə uzun müddət eksperiment aparan Kats özü öz əsərlərini “holopoem” adlandırır. Bu halda, əsər “toplanma yeri” mənasını verən qədim yunan sözündən əmələ gələn portuqal dilindəki Ágora sözünün işıq görüntüsüdür. Sətirüstü işarə olmadan bu söz portuqal dilində “indi” deməkdir. Kats bu sözü tam olaraq çoxmənalı olduğuna görə seçib.

Sənət obyektinin özü iki hissədən ibarətdir: bir tərəfi 1,5 santimetr olan, məlumatların kodlaşdırıldığı mikroskopik şüşə kvadrat və işıqlandırılma vasitəsilə yaradılan təsvir.

Lazerin işığı şüşədən 45 dərəcə bucaq altında düşəndə, Ágora sözü yaşıl rənglə proyeksiya olunur.