Ukrayna müqavimətinin miqyası və gücü Rusiyanı təəccübləndirməkdə davam edir.
APA-nın xəbərinə görə, bu, Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Rusiya Xarkov, Çerniqov və Mariupolu hədəf alıb: “Rusiya qüvvələrinin irəliləmə sürətini yavaşlatmaq üçün onun təchizat xətləri hədəfə alınır. Rusiyanın hazırkı itkiləri minimuma endirmək üçün yanacaq daşıyan maşınları adi dəstək maşınları kimi gizlətməyə cəhd etməsi real ehtimaldır”.