Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan “Shahed” kamikadze-dronları ilə daha yaxşı mübarizə aparır.
APA xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinə istinadən məlumat yayıb.
Həmçinin qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri bu dronlar vasitəsilə raket çatışmazlığını qarşılayır.
O da əlavə olunub ki, Rusiya “Shahed” dronlarından bütün Ukrayna ərazisini vurmaq üçün istifadə edir, lakin Ukrayna onlara qarşı daha yaxşı mübarizə aparır.
Vurğulanıb ki, buraxılmış kamikadze-dronların 85 faizinin zərərsizləşdirildiyi rəsmi olaraq təsdiqini tapıb.