- Cəmiyyət

Britaniya səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Saymon Şerklif Londonun Amerika sanksiyalarından yayınmaqda ittiham olunan İran vətəndaşını ABŞ hakimiyyət orqanlarına təhvil vermək qərarı ilə əlaqədar çağırılıb.

Nazirliyin Konsulluq İdarəsinin baş direktoru İran vətəndaşının qanunsuz saxlanılması və ABŞ-a ekstradisiyası ilə əlaqədar İran İslam Respublikasına kəskin etirazını bildirib.

“XİN Tehran və Londonda diplomatik kanallar vasitəsilə onun azad olunması üçün danışıqlar aparır və bu istiqamətdə səylər davam etdirilir”, – məlumatda deyilir.

İyulun 23-də ABŞ Ədliyyə Nazirliyi 53 yaşlı İran vətəndaşı Seyid Hacı Ağa Musainin İllinoys ştatının Şimal Dairəsinin federal məhkəməsində mühakimə olunduğunu açıqlayıb. O, 2023-cü ilin yanvarında İnterpolun tələbi ilə Böyük Britaniyada saxlanılıb və ABŞ-yə ekstradisiya edilib. Musai ABŞ qanunlarını pozmaqda, o cümlədən Amerikanın radioölçmə texnologiyasını üçüncü ölkələr vasitəsilə İrana qaçaqmalçılıq yolu ilə keçirmək cəhdində ittiham olunur. Onun günahı sübuta yetirilərsə, 55 il həbs cəzası gözləyir.