Böyük Britaniya Xarici İşlər Nazirliyinin binası Ukrayna ilə həmrəylik əlaməti olaraq bu ölkənin bayrağının rənglərində işıqlandırılıb.
“Report” xəbər verir ki, həmrəylik mesajı və fotoşəkillər Britaniya Xarici İşlər Nazirliyinin tviter səhifəsində “Ukrayna ilə birlikdə ol” heşteqi ilə yayımlanıb.
“Xarici İşlər Nazirliyinin binası Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb”, – paylaşımda deyilir.