Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirir.
DİM-dən APA-ya bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.