- Cəmiyyət, Manşet

Bu gündən aprelin 5-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən aprelin 5-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Trend-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.