- Manşet, Mədəniyyət

Bu il Honkonqda “Oskar” mərasimi yayımlanmayacaq

52 il davamlı olaraq “Oskar” mükafatları mərasimini yayımlayan Honkonqun “TVB” şirkəti bu dəfə mərasimi canlı yayımlamaqdan imtina edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat verib.

“TVB” şirkətindən bildirilib ki, bu dəfə “Oskar” mərasiminin göstərilməməsi səbəbi sırf kommersiya xarakteri daşıyır.

Qeyd edək ki, şirkət “Oskar” mükafatları mərasimini özünün ingilisdilli “Pearl” kanalında 1969-cu ildən yayımlayır. “Pearl” Honkonqda Amerika Kino Akademiyasının mükafatlandırlma mərasimini yayımlayan xüsusi hüquqa malik televiziya kanalıdır.