- Cəmiyyət, Manşet

“Bu, müzakirə mövzusu deyil. Krım Rusiyanın bir hissəsidir”, – Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi Kiyevin Krımın Ukraynaya qaytarılması ilə bağlı şərtinə münasibət bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb.

“Bu, müzakirə mövzusu deyil. Krım Rusiyanın bir hissəsidir”, – nazir deyib.

Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.

Ukrayna rəhbərliyi Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını, o cümlədən Krımın da geri qaytarılmasını tələb edir.