Ramazan ayı boyunca kütləvi mərasimlərin keçirilməsi məqsədə uyğun deyil.
Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.
Hacı Şahin Həsənli qeyd edib ki, iftar mərasimləri kütləvi şəkildə qeyd olunmayacaq:
“İnsanlar ictima-iaşə obyektlərində, restoranlarda tətbiq edilmiş karantin qaydaları çərçivəsində iftar süfrələri təşkil edə bilərlər. Bu zaman insanlar masa arxasında məsafə saxlamaqla, sanitar-epidemioloji qaydalara uyğun olaraq əyləşməlidirlər, kütləvi toplaşmaq məqsədəuyğun deyil. Xərclənən vəsaitləri yardım aksiyalarına yönəldə bilərlər”.