- Mədəniyyət

“Buker mükafatları”nın qısa siyahısı məlum olub

“Buker mükafat”çılarının qısa siyahısı məlum olub. Bu il siyahıya Nobel mükafatı laureatı Kazuo İşiquronun adı düşməyib.

AZRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə münsiflər heyətinin rəhbəri Maya Casanoff xəbər verib.

Qısa siyahıda “Qarışıqlıq” romanına görə 2019-cu ilin “Pulitser mükafatı”nın qalibi Riçard Pauers, “Böyük çevrə” kitabının müəllifi Meqqi Şipsted, “Hamı bu barədə susur” əsərinə görə Patrişa Lokvud, “Şimala gedən yol”un müəllifi Anuk Arudpraqazam, “Vəd” romanına görə Deymon Gelqut və “Macəra axtaranlar” əsərinin müəllifi Nadifa Mohamedin adları yer alıb.

Siyahıya salınan kitablar 2020-ci ilin oktyabrın 1-dən Britaniyada və İrlandiyada çap olunan 158 əsər arasından seçilib.

Qeyd edək ki, “Buker mükafatları”nın qalibi noyabrın əvvəllərində məlum olacaq.