- Köşə

Burada insan yaşayıbmı?

 

 Gülyaz ƏLİYEVA

Deyilənə görə, iki qadın eyni körpənin anası olduğunu israr edirmiş. Süleyman Peyğəmbər mübahisəni ədalətlə həll etməli imiş. O, iki qadının iddiaçı olduğu  körpəni həqiqi anasına qaytarmaq üçün uşağı iki yerə parçalayıb  hər yarısını bir qadına  verməyi əmr edir.

Onlardan biri tərəddüdsüz razılaşır. İkincisi isə dərhal iddiasından əl çəkib uşağın birinci qadına verilməsini istəyir. “Bilindi ki, uşağın əsl anası sənsən!” – deyə Peyğəmbər ona övladını götürüb getməyi əmr edir.

Bu, ayaqyalın, başıaçıq, şaxtada, qarda dədə-baba yurdlarından bir açar götürüb, qayıdacaqlarına inamı heç vaxt itirməyən, 30 il gözləyən azərbaycanlılar, bu da ermənilər!

Ermənilərin Qarabağda – Kəlbəcərdə, Ağdamda, Füzulidə, Laçında, Cəbrayılda  törətdikləri vəhşiliklər – meşələri, evləri yandırmaları, hər şeyə bacardıqları qədər zərər vurmağa çalışmaqları bir daha onların bu torpağın sahibi olmadıqlarını təsdiq edən təkzibolunmaz sübutlardandır.

Bizim insanlar yurdlarını tərk edəndə evlərini bağlayıb açarların götürüb çıxmışdılar. Onlar nə bir ağaca, nə bir bir heyvana qıymışdılar. Çünki bu yerlərin ta qədimdən  onların öz torpağı, öz evi, öz meşəsi olduğunu bilirdilər. Qan yaddaşı bu. Daha özlərindən daşlara qədim erməni yazısı yazıb, sirkədə saxlayaraq qədimi görkəm verməyə çalışaraq torpağa basdırmır, özlərindən “qədimi tarix” yaratmırdılar.  Gör nə saxtakar, yalançı millətdir, bu ermənilər ki, yer üzündə bunların bənzəri yoxdur. Dəfələrlə saxtakarlıqları üzə çıxarılsa da, arlanma, utanma nə olduğun bilmirlər. Bizim qədimi abidələrimiz, qəbir daşlarımız, hər saxsı parçamız özü bir tarixdir. Başdan ayağa, körpədən qocasına qədər saxtakarlıqdan yoğrulmuş, öz uydurduqları yalanlara özləri inanmış xəstə təfəkkürlü, yarım beyinli ermənilər işğal etdikləri hər yeri viran qoymuş, talan etmiş, bu azmış kimi toponimlərimizə də hücum çəkmiş, onu Vartanın malıymış kimi dəyişdirməyə cəhd göstərmişlər. Erməninin törətdiyi bu vəhşilikləri görən hətta təəssübkeş rus əsgərləri belə heyrətə gəlmişlər. Yurdlarımızı tərk edən qaniçici vəhşi düşmənin gedərkən özündən sonra qoyduğu iz belə onların soysuz, köksüz, tarixsiz, dövlətsiz məxluqat olduğundan bir daha  xəbər verir. Bu yerdə bir ibrətamiz hadisə yadıma düşdü ki, onu da söyləsəm, yerinə düşmüş olar.

1940-cu ildə rus-Fin müharibəsində ruslar Vıborqa yaxınlaşır. Finlər şəhəri tərk edirlər. Bir yaşlı cütlük gedən zaman, yaşlı xanım gül dərib stolun üstündəki vazaya qoyur.

Kişi: “Bunu niyə edirsən?”,- deyə soruşduqda qadın: “Qoy bilsinlər ki, burada insanlar yaşayıb”, – deyir! Ermənilər köçüb gedərkən özlərindən sonra qoyduqları izlər onların nəinki mədəni millət, ümumiyyətlə, insan olmadıqlarından xəbər verir.