Cəlilabad rayonunda alban dövrünə aid tarixi və maddi mədəniyyət nümunəsi aşkar edilib.
Tarixi nümunə rayon sakini, 9-cu sinif şagirdi İlham Mirələmov tərəfindən Şatırlı kəndi ərazisində tapılıb.
Yerli tarixçi Elşad Əmənov bildirib ki, tapıntıda alban xaçının 2000-2200 əvvələ aid küp qəbir hissəsində aşkar olan işarə var: “Bu forma Alban xaçının ilkin formasıdır. İşarənin tapıldığı ərazi qədim türk yaşayış ərazisidir”.
Tarixçi vurğulayıb ki, bu, Qərbi Azərbaycan ərazilərində olan xaç simvollarını özəlləşdirən erməni saxtakarlarına təkzibolunmaz faktdır. Onun sözlərinə görə, tapılmış tarixi nümunələr Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.
“Ən qədim işarələr sırasında svastika və xaç simvolları xüsusi diqqət mərkəzindədir. Hər iki simvol saxsı qab nümunələri üzərində olmaqla Cəlilabad ərazisindən tapılıb. Hansı ki, həmin ərazi qədim tük yaşayış məskənidir. Kifayət qədər maddi sübutlar var”, – tarixçi əlavə edib. (report)