- Mədəniyyət

“Cənub Parkı” cizgi filminin 25-ci mövsümü başlayır

1997-ci ildən bəri yayımlanan Amerika istehsalı olan klassik komediya üslubunda çəkilən “Cənub Parkı” (South Park) cizgi filminin 25-ci mövsümünün premyerası fevralın 2-də təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Comedy Central” telekanalı cizgi-serialının 25-ci mövsümündə altı yeni seriya yayımlayacaq.

Xatırladaq ki, ötən ilin avqust ayında “Cənub Parkı”ın yaradıcıları Mett Stoun və Trey Parker şounu 30-cu mövsümə çatdırmaq üçün 900 milyon dollarlıq müqavilə imzalamışdılar.

“ViacomCBS Media Networks” və “MTV Entertainment Studios” media şəbəkəsinin prezidenti və baş direktoru Kris McCarthy ekran əsəri ilə bağlı fikirlərini bölüşərək bildirib ki, Mett Stoun və Trey Parkerin yaratdıqları əsər uzun müddətdir izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Biz bundan sonra da əməkdaşlıq etməkdən çox zövq alacağıq.