Çətirin vətəni Çin yaxud Misirdir. Hər iki ölkədə çətir hakimiyyət rəmzi hesab olunmuşdur. Burada yalnız fironlar və imperatorlar, o cümlədən şah nəslinə mənsub insanlar çətirdən istifadə edə bilərdilər.
İtaliya, Portuqaliya və İspaniyadan keçməklə çətir Parisə gedib çıxmışdır. Paris sakinləri öz səyləri ilə onun istehsalında göy qurşağının müxtəlif rənglərində olan ipək parçalardan istifadə etmiş və çətiri gündəlik istifadə vasitəsinə çevirmişlər. Çətirə maraq o qədər böyük idi ki, hətta bu vasitə ilə bağlı xüsusi peşə də yaranmışdı. Belə ki, yağışlı havalarda çətir gəzdirən xüsusi insanlar məvacib müqabilində insanları körpüdən və meydanlardan keçirirdilər. Yağışdan müdafiə vasitəsi kimi çətirdən ilk dəfə 1750-ci ildə ingilis Conas Henvey istifadə etmişdir. Bu çətirin çəkisi təxminən 4.5 kq idi və onun milləri nəhəng balıqların sümüklərindən hazırlanmışdı. Yağışlı bir gündə Conas Henvey küçəyə çətirlə çıxmış və bu da ətrafdakıların təəccübünə səbəb olmuşdu. Bəziləri hətta onun hərəkətinə gülürdü. Amma indi yağışlı bir gündə çətirdən istifadə edərkən biz ağlına görə həmin insana təşəkkür etməliyik.
portal.azertag.az