- Cəmiyyət

Cənub bölgəsində Türkiyəyə yardım toplamaq üçün qərargah yaradılıb

Cənub bölgəsində Türkiyədə güclü zəlzələdən zərərçəkənlərə dəstək üçün yardım toplanır.

“Report”un Cənub bürosu xəbər verir ki, bu gün səhər saatlarından etibarən Lənkəran və Masallı rayon sakinləri də qardaş ölkəyə yardım aksiyasına qoşulub.

Yüzlərlə insan dağıdıcı zəlzələ nəticəsində çətin duruma düşən, evsiz-eşiksiz qalan insanlara yardıma tələsir.

İnsanlar nəyə imkanı çatırsa yaradılan qərərgaha gətirib təhvil verir. Kampaniya zamanı əsasən qış paltarları, o cümlədən gödəkcə, şalvar, əlcək və qalın yun corablar, çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik ləvazimatları toplanıb.

Gətirilən mallar çeşidlənərək qablaşdırılır. Yardımlar davam edir.

Humanitar aksiyanın ilk günün sonunadak 3 yük maşını yola salınması planlaşdırılır.