Oktyabrın 11-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, birhissəli tamaşada əsas rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək.
Psixoloji oyun dramının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.