- Mədəniyyət

“Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı seminar keçiriləcək

Mayın 19-u saat 11:00-da Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı elmi-praktik seminar keçiriləcək. 

525.az xəbər verir ki, elmi-praktik seminarın keçirilməsində məqsəd müasir ədəbiyyatımızın redaktə, korrektə, tərcümə və sair kimi problemlərinin müzakirəsi, həlli yollarının araşdırılmasıdır.

Elmi-praktik seminarın məruzəçiləri və edəckləri məruzələr:

– “Dil qaydaları və yazı praktikası: ziddiyyətli məqamlar” – Rafiq İsmayılov, “Altun Kitab” nəşriyyatının direktoru;
– “Tərcümənin əbədi dilemması: orijinala sadiqlik, yoxsa mətnin oxunaqlığı?” – Etimad Başkeçid, şair, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı;
– “Çağdaş kitabçılıqda və ədəbi nəşrlərdə redaktə məsələləri” – Seyfəddin Hüseynli, ədəbiyyatşünas, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru.

Ünvan: AMEA Ədəbiyyat İnstitutu, 4-cü mərtəbə, elektron akt zalı.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova