“Ukrayna təhlükəsizliyinə təminat istəyir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Ukrayna neytral status və NATO-ya üzv olmamaqla bağlı tələblərlə razılaşır.
Nazir qeyd edib ki, Krım və Donbasın statusu ilə bağlı liderlər qərar verəcək: “Türkiyədə mühüm məsafə qət edildi. Ciddi mövzuları xarici işlər nazirləri müzakirə etməli, daha sonra isə liderlər görüşməlidir. Biz ikinci mərhələdə iki ölkənin XİN rəhbərlərinin görüşü üçün çalışırıq. Hər iki tərəflə danışırıq. İki tərəf hazır olduqları zaman bu görüşü keçirmək istədiklərini bildirib. Qarşıdakı günlərdə liderlər arasında da görüş üçün addımlar atılacaq. Dəqiq tarix demək mümkün olmasa da , 1-2 həftə içində Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşü olacaq”. (apa)