- Cəmiyyət

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında ilk tur qarşılaşmalarından sonra həftənin oyunçusu adına namizədləri açıqlayıb.

“Report”un məlumatına görə, fəxri ada Kilian Mbappe (PSJ, Fransa), Robert Levandovski (“Barselona”, İspaniya), Pyotr Zelinski (“Napoli”, İtaliya) və Leroy Sane (“Bavariya”, Almaniya) iddia edir.

PSJ evdə İtaliya “Yuventus”una 2:1, “Bavariya” səfərdə “İnter”ə 2:0 hesabı ilə qalib gəlib. “Napoli” İngiltərə “Liverpul”unu 4:1, İspaniya “Barselona”sı isə Çexiya “Viktoriya”sını 5:1 hesabı ilə darmadağın edib.

Həftənin oyunçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.