UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda 4 qrupun oyunları keçirilib.
“Report”un məlumatına görə, ilk gündə A, B, C və D qruplarındakı komandalardan yalnız ikisi yoluna maksimum nəticə ilə davam etməyi bacarıb.
Almaniya çempionu “Bavariya” Türkiyədə “Qalatasaray”ı üstələyibsə, İspaniya “Real”ı Portuqaliya klubu “Braqa”ya səfərdə qalib gəlib.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
24 oktyabr
A qrupu
“Qalatasaray” (Türkiyə) – “Bavariya” (Almaniya) 1:3
“Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 1:0
Xal durumu: “Bavariya” – 9, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3, “Kopenhagen” – 1.
B qrupu
“Lans” (Fransa) – PSV (Niderland) 1:1
“Sevilya” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2
Xal durumu: “Arsenal” – 6, “Lans” – 5, “Sevilya” – 2, PSV – 2.
C qrupu
“Braqa” (Portuqaliya) – “Real” (İspaniya) 1:2
“Union” (Almaniya) – “Napoli” (İtaliya) 0:1
Xal durumu: “Real” – 9, “Napoli” – 6, “Braqa” – 3, “Union” – 0.
D qrupu
“İnter” (İtaliya) – “Zaltsburq” (Avstriya) 2:1
“Benfika” (Portuqaliya) – “Real Sosyedad” (İspaniya) 0:1
Xal durumu: “Real Sosyedad” – 7, “İnter” – 7, “Zalsburq” – 3, “Benfika” – 0.