UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
“Report”un məlumatına görə, raundun ikinci matçında Dortmund “Borussiya”sı Almaniyada Fransanın PSJ kollektivini qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 1:0.
Yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Tərəflər arasındakı cavab oyunu mayın 7-də gerçəkləşəcək.
Qeyd edək ki, ötən gün “Bavariya” yarımfinalın ilk matçında Almaniyada İspaniyanın “Real” klubu ilə heç-heçə edib – 2:2.