- Cəmiyyət

Çempionlar Liqası: “Zenit”dən darmadağın, “Atalanta” ilk qələbəsini qazanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha iki oyunu keçirilib.

“Report”un məlumatına görə, hər iki qarşılaşmada meydan sahibləri qalib gəliblər.

F qrupunda İtaliya “Atalanta”sı İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib. Görüşün taleyini 1 qol həll edib. 66-cı dəqiqədə fərqlənən Matte Pessina Berqamo təmsilçisinə ilk qələbəsini qazandırıb.

H qrupunda isə Rusiya “Zenit”i evdə İsveç “Malmö”sünü darmadağın edib – 4:0. Sankt-Peterburq klubunun heyətində qolları 9-cu dəqiqədə Klaudinyo, 49-cu dəqiqədə Daler Kuzyayev, 80-ci dəqiqədə Aleksey Sutormin və görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Vendel vurublar. 53-cü dəqiqədə qonaqların futbolçusu Anel Ahmedhodziç qırmızı vərəqə alaraq, meydandan qovulub.

Çempionlar Liqası

II tur

F qrupu

20:45. “Atalanta” (İtaliya) – “Yanq Boyz” (İsveçrə) – 1:0

Qol: Matteo Pessina, 66

Xal durumu: “Atalanta” – 4 (2 oyun), “Yanq Boyz” – 3 (2), “Vilyarreal” – 1, “Mançester Yunayted” – 0.

H qrupu

20:45. “Zenit” (Rusiya) – “Malmö” (İsveç) – 4:0

Qollar: Klaudinyo, 9, Daler Kuzyayev, 49, Aleksey Sutormin, 80

Qırmızı vərəqə: Anel Ahmedhodziç, 53 (“Malmö”)

Xal durumu: “Yuventus” – 3, “Çelsi” – 3, “Zenit” – 3 (2 oyun), “Malmö” – 0